“Payız is coming...”: Sinan Oğanın Azərbaycan dilində mesajı nə deməkdir? 

saytların hazırlanması

Evə çatdırılma

“Payız is coming...”: Sinan Oğanın Azərbaycan dilində mesajı nə deməkdir? 

Siyasət

16 May 2023 12:28 43002


Mayın 14-də Türkiyədə keçirilən prezident və parlament seçkilərindən sonra “kilid adam”a çevrilən “ATA” ittifaqının namizədi Sinan Oğan yenidən ictimai diqqəti öz üzərinə çəkib. Siyasətçi seçkidən dərhal sonra verdiyi açıqlamalarla analitiklərin maraq dairəsinə düşməyi bacarıb. 

Yenisabah.az xatırladır ki, Azərbaycan kökənli Sinan Oğan 2 gün əvvəl keçirilən prezident seçkilərində seçicilərin 5 faizindən çoxunun səsini alıb. Bu nəticə onun personasına olan marağı gücləndirməklə yanaşı, verəcəyi qərarın əhəmiyyətini də artırıb. 

Qeyd edək ki, Sinan Oğan seçkinin favoriti sayılmırdı. Türkiyədə fəaliyyət göstərən sorğu mərkəzləri onun ən yaxşı halda seçicilərin təxminən 2 faizinin etimadını qazana biləcəyini proqnozlaşdırırdılar, amma Sinan Oğan bu ehtimalları alt-üst edərək, siyasətdə təsadüfi adam olmadığını sübuta yetirə bildi. Toyuqlu pizza

Xartırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sinan Oğanı ciddi namizəd kimi qəbul etməyib. Ərdoğan seçkidən bir neçə gün əvvəl Sinan Oğanla bağlı verilən sualı cavablayarkən onu özünə ciddi rəqib saymadığını bildirib.

Sinan Oğanın reaksiyası isə Azərbaycanvari olmuşdu: “Cücəni payızda sayarlar”.

Mayın 14-də keçirilən seçkilər “Ata” İttifaqı namizədinin haqlı olduğunu ortaya çıxardı. Sinan Oğan 5 faizdən çox səs toplamaqla siyasətdə təsadüfi adam olmadığını, ikinci tura yön verə biləcəyini ortaya qoydu. 

Qeyd edək ki, Sinan Oğanın seçkidən sonra Azərbaycan türkcəsində vermiş olduğu mesaj müzakirəsiz ötüşmədi. O, sosial şəbəkə hesabında “Payız is coming...” (Payız gəlir) yazmaqla Ərdoğana azərbaycanlılara xas olan məşhur el məsəlinin təsadüfən yaranmadığını xatırlatmış oldu. 

İqtidar cinahından bu mesaja təmkinlə yanaşılması AKP hakimiyyətinin Sinan Oğanla əməkdaşlıqda maraqlı olduğunu göstərir. İndi təkcə iki gün əvvəl rəqibindən 5 faiz səslə geridə qalan Kılıçdaroğlu və tərəfdarları deyil, Ərdoğan və yaxın ətrafı da Sinan Oğanın dəstəyinə ehtiyac duyur.

Sinan Oğanın ikinci turda kimin yanında olacağı böyük maraq doğururdu. Siyasət mütəxəssisləri keçmiş namizədin ikinci turda hazırkı prezident Ərdoğanı dəstəkləyəcəyini proqnozlaşdırırdılar. Sinan Oğanın son günlər vermiş olduğu mesajlar da bunu sübut edirdi. O, PKK-ya simpatiya bəsləyən siyasi qüvvələrlə bir arada ola bilməyəcəyini qəti şəkildə ortaya qoyub. Türk milliyətçilərinin əsas simalarından sayılan Oğanın ikinci turda millətçi-islamçı kəsimlə bir arada olması real görünür. 

Qeyd edək ki, Sinan Oğan bu gün şərtlərini açıqlayıb. O, PKK-HDP cütlüyü ilə bir arda olan siyasi qüvvələrdən uzaq dayanacağını qəti şəkildə bəyan edib. Oğan həmçinin "HÜDA-PAR"dan uzaq durmağın vacibliyini də vurğulayıb. Belə demək mümkündürsə, hər iki namizədlə arasında məsafə saxlamağa çalışıb. Amma onun AKP-nin rəhbərlik etdiyi siyasi qüvvə ilə anlaşa biləcəyi daha inandırıcı görünür. 

Azərbaycan xalqının adət-ənənəsinə, mentalitetinə yaxşı bələd olan, bu əxlaq və tərbiyə içərisində böyüyən Sinan Oğan indiki situasiyanı əvvəldən gördüyü üçün “cücəni payızda sayarlar” deyirdi.

Sayım dövrünə çox az qalıb. Cəmi 12 gün sonra “cücəni”, yəni səsləri yenidən sayacaqlar. O səslərin içərisində Sinan Oğanın da payı olacaq.

Bu dəfə Türkiyəyə payız yazda gəlib... 

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!