Paylaşımdan sonra işsiz qalan aktyor - AzTV aydınlıq gətirdi

saytların hazırlanması

Evə çatdırılma

Paylaşımdan sonra işsiz qalan aktyor - AzTV aydınlıq gətirdi

Mədəniyyət

15 Fevral 2023 12:47 2323


“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) dublyaj aktyoru Kamal Yaşarın işdən çıxarılmasına münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, “Mədəniyyət” kanalının “Kinokitab” verilişi hələ ötən ilin sentyabrından yayımlanmırdı və verilişin keyfiyyət baxımından müasir tələblərlə uyğunlaşmadığı da yaradıcı kollektivə izah edilib. 

“Bu il kollektivə daha bir imkan verilsə də, reytinq toplamadığı üçün yayımının dayandırılmasına qərar verildi. Bunu hansısa açıqlama və paylaşımla əlaqələndirmək fikri başqa istiqamətə yönləndirməkdən, süni ajiotaj yaratmaqdan başqa bir şey deyil.  pizza mizza

“Kinokitab” verilişi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin məhsulu deyil, prodakşn istehsalıdır. Verilişin ərsəyə gəlməsində də əməyi olan şəxslər “Mədəniyyət” kanalının əməkdaşları yox, kənar müəlliflərdir”, - deyə AzTv-dən qeyd edilib. 

Qeyd edək ki, aktyor Kamal Yaşar ötən gün sosial şəbəkə vasitəsilə müraciət yaymışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!