Paytaxtda avtobus sürücüsü ürəyindən bıçaqlandı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtda avtobus sürücüsü ürəyindən bıçaqlandı - Foto

Hadisə

19 Noyabr 2019 20:03 1015


Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

Cəbrayıl rayon sakini 1985-ci il təvəllüdlü İsmayılov Samir Vahid oğlunun ürək və qarın nahiyəsinə iki bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. pizza

O, cərahi əməliyyat olunur. Həkimlərin verdiyi məlumata görə, xəstə ağır və sərxoş vəziyyətdə xəstəxanaya qəbul olunub.

Qeyd edək ki, S.İsmayılov Qaradağ rayonu ərazisində 24 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən avtobusun sürücüsüdür.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!