Paytaxtda avtomobil 48 yaşlı qadını vurdu

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtda avtomobil 48 yaşlı qadını vurdu

Hadisə

01 Mart 2020 22:40 755


Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. "Yeni Sabah" xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Biləcəri qəsəbəsində minik avtomobili yolu keçən 1972-ci il təvəllüdlü Ələkbərova Aidə Kazım qızını vurub. Nəticədə A.Ələkbərova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və ona baş-beyin silkələnməsi diaqnozu qoyulub. Hadisənin təfərrüatları araşdırılır. /Report
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!