Paytaxtda ən yüksək yoluxma göstəricisi bu rayondadır

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtda ən yüksək yoluxma göstəricisi bu rayondadır

Sağlamlıq

02 Noyabr 2020 13:36 1025


Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.

Yenisabah.az koronavirusinfo.az saytına istinadla xəbər verir ki, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb. Belə ki, paytaxt üzrə yoluxma hallarının 14,6 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 12,7 faizi Xətai, 11,6 faizi Yasamal, 11,5 faizi Sabunçu, 8,6 faizi Nəsimi, 8 faizi Nərimanov, 8 faizi Suraxanı, 7,2 faizi Nizami, 6,7 faizi Qaradağ, 5,9 faizi Xəzər, 4,8 faizi Səbail, 0,3 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 55,2 faizi paytaxtda qeydə alınıb. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!