Paytaxtda taksi qıtlığı yaşanır? - Video

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtda taksi qıtlığı yaşanır? - Video

Sosial

30 May 2024 01:22 548


Son günlər paytaxtda taksilərlə bağlı ciddi problem yaşanır.

Vətəndaşlar deyirlər ki, taksilərin sifarişə gəlməməsi və gələn taksilərin qiymətinin baha olması onları narahat edir.

"Üç manata gedəcəyimiz yolu yeddi manata qət etməli oluruq", - deyə sakin narazılıq edib. Toyuqlu pizza

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, vətəndaşların qarşılaşdığı bu çətinliyin əsas səbəbi taksi xidməti göstərən şirkətlərin avtomobil parkını yeniləməsidir.

Eyni zamanda Nazirlər Kabinetinin qəbul etdiyi sonuncu qərara görə, istehsal ili köhnə, tələb olunan standartlara yararlı olmayan avtomobillər xətdən çıxarılır və bu qiymətlərin artması ilə nəticələnir.

Daha ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!