Paytaxtın bu prospekti 3 günlüyə BAĞLANIR

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtın bu prospekti 3 günlüyə BAĞLANIR

Avto

29 Dekabr 2019 08:12 1333


Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeni yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, prospektin yan yolunun sözügedən əraziyə düşən hissəsində, Koroğlu metrostansiyası istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

Bu barədə Moden.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Məhdudlaşma 30 dekabr saat 10:00-dan 3 gün müddətinə tətbiq ediləcək. Sezar pizza

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun prospektin əsas yolundan istifadə etmələri tövsiyə edilir.

 “Azərbaycan Avtomobil Yolları” vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!