Penitensiar Xidmətin hərbi qulluqçusu intihar etdi

saytların hazırlanması

Evə çatdırılma

Penitensiar Xidmətin hərbi qulluqçusu intihar etdi

Hadisə

18 Fevral 2023 18:15 1058


Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının hərbi qulluqçusu, əsgər Mədətov Nurlan İqor oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Bakı Hərbi Prokurorluğuna məlumat daxil olub.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Bakı Hərbi Prokurorluğunun əməkdaşları hadisə yerinə və cəsədə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Bakı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Marqarita pizza

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!