Pentaqon 12 rus generalının öldürülməsində iştirakını dandı

saytların hazırlanması

Evə çatdırılma

Pentaqon 12 rus generalının öldürülməsində iştirakını dandı

Dünya

06 May 2022 11:19 301


"ABŞ Ukraynaya rus generallarını hədəfə almaqda kömək etmir".

Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, bunu Pentaqonun sözçüsü Con Kirbi bildirib.

O, “New York Times” qəzetinin iddiasını təkzib edib, lakin təsdiqləyib ki, ABŞ ukraynalılara öz ölkələrini müdafiə etmək üçün Ukraynaya hərbi kəşfiyyat məlumatı verir. pizza mizza

Xatırladaq ki, mayın 5-də  “New York Times” qəzeti Ukraynada 12 generalın öldürülməsində Pentaqon və ABŞ xüsusi xidmətlərinin ukraynalılara kömək etdiyini iddia edib.

Con Kirbi “Moskva” gəmisinin batırılmasında da ABŞ-ın dəstəyini inkar edib:

“Ukraynalıların Rusiya gəmilərini izləmək və hədəfə almaq üçün öz kəşfiyyat imkanları var”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!