Pentaqon rəhbəri Qərb ölkələrini Kiyevə yardımı artırmağa çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Pentaqon rəhbəri Qərb ölkələrini Kiyevə yardımı artırmağa çağırdı

Dünya

06 Sentyabr 2024 15:55 419


ABŞ-ın müdafiə naziri Lloyd Austin qışın yaxınlaşması fonunda Qərb ölkələrini Ukraynaya yardımı artırmağa çağırıb.

Yenisabah.az xəbər verir ki, o, Almaniyadakı Ramşteyn aviabazasında Ukrayna üzrə təmas qrupunun iclasında bildirib:

“İndi kritik məqamdır. Xüsusilə qışın yaxınlaşması ilə vaxt çox vacibdir. Hamımız Ukraynaya dəstəyimizi və tez bir zamanda artırmalıyıq”. pizza hut

Pentaqon rəhbəri bildirib ki, o, Ukrayna və Qərb ölkələrinin hərbi-sənaye kompleksinin gücləndirilməsi yollarını müzakirə etməyi səbirsizliklə gözləyir.

Ostinin sözlərinə görə, ABŞ müdafiə rəsmiləri silah tədarükünü sürətləndirmək və Kiyevin onlara olan ehtiyaclarını ödəmək üçün digər Qərb tərəfdaşları ilə yaxından işləyirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!