“Perla Mebel”lə müştəri arasında qalmaqal

saytların hazırlanması

Evə çatdırılma

“Perla Mebel”lə müştəri arasında qalmaqal

Xalqın səsi

09 Sentyabr 2025 09:42 5924


“Perla Mebel”in Sumqayıt filialından şikayət var. Nihad Abbasov adlı vətəndaş sözügedən şirkətə etdiyi sifarişin yerinə yetirilməsi zamanı aşağıdakı ciddi pozuntularla qarşılaşıb:

“Mən, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yaşayıram. Sumqayıt şəhəri, Koroğlu pr. 841 A, 47-ci məhəllədə yerləşən “Perla Mebel” Sumqayıt 2 mağazasından masa və 8 stul sifariş etmişəm. Sifariş 3 aylıq kreditlə həyata keçirilib. Lakin sifarişin yerinə yetirilməsi zamanı aşağıdakı ciddi pozuntularla qarşılaşmışam:

- Sifarişə uyğun olaraq yalnız 6 stul gətirilib, 2 kreslonun anbarda olduğu bildirilib. pizza

- Gələn stullar sifariş etdiyimiz rəngdə olmayıb, fərqli rəngdə çatdırılıb.

- Masa cırıq vəziyyətdə gəlib, bu səbəbdən geri aparılıb və yeni masa göndəriləcəyi bildirilib.

- Stul və masa bir dəfə gətirilib, sonra yenidən aparılıb.

- Məhsulu qəbul edərkən rəng fərqini və cırığı qeyd etmişəm, mağaza əməkdaşları “üzrlü sayın, yenisini göndərəcəyik” deyiblər.

- Məhsul yalnız 1 gecə evdə qaldı, istifadə olunmayıb.- Bu səbəbdən kreditin ləğv olunmasını tələb etmişəm”.

Yenisabah.az xəbər verir ki, müştəri istehlakçı hüquqlarının pozulduğunu hesab edir və ödədiyi 83 AZN-in geri qaytarılmasını tələb edir:

“Bütün bu çatışmazlıqlara baxmayaraq, bizdən 83 AZN (kreditin ləğvi üçün) və 20 AZN (yük maşınına) ödəniş alınıb. Halbuki məhsul keyfiyyətsiz, tam olmayan və istədiyimiz formada təqdim edilmədiyi üçün malı istifadə etməmişik.

Bu ödənişin əsassız olduğunu və istehlakçı hüquqlarımın pozulduğunu hesab edirəm. 83 AZN-in geri qaytarılmasını tələb edirəm”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Gunay
    Perla mebelde Benzeri menimde basima geldi. Mehsulu secdik catdirilma edilende mehsulun hemin keyfiyyetde olmadigini bilib geri qaytarilmasini teleb etdik. Dediler sabah yaxinlasib gotirecekler cerime odemelisiniz. Mehsul acilib. Qeyd etdim ki, acilmayib . Yalniz qutunun bir hissesi acilib ki, mehsula baxilsin. Indi hem cerime teleb edirler. Hemde cerimeni odemeyime dair sened isteyirem onada odenis isteyirler. Bu ozbasinaliq ne vaxta kimi olacaq maraqlidir.
    7 months ago
  • Nihad
    Salam problem həll olunub silin bu xəbəri zəhmət olmasa neçə dəfə demişik
    8 months ago