Pərviz Həşimli sərhəddən buraxılmadı

saytların hazırlanması

Evə çatdırılma

Pərviz Həşimli sərhəddən buraxılmadı

Rəsmi

30 İyul 2019 11:55 2126


Gununsesi.org xəbər saytının baş redaktoru Pərviz Həşimli ölkədən xaricə buraxılmayıb. 

Bu barədə baş redaktorun özü sosial şəbəkədəki hesabında yazıb: 

“Bir il əvvəl “Gəncə İşi” ilə bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən ölkədən çıxışıma qoyulan məhdudiyyət hələ də qüvvədə qalır. Bu məsələ ilə bağlı 2 ay əvvəl Baş Prokuror Zakir Qaralova etdiyim müraciət KİV də işıqlandırılandan sonra məni Baş Prokurorluğa dəvət etdilər. pizza

Rəhbərliyin adından bildirdilər ki, sizə qoyulan məhdudiyyət götürüləcək, hər hansı mənfi münasibətdən söhbət gedə bilməz. Nəhayət, bu gün Azərbaycan Rusiya sərhəddində məhdudiyyətin götürülməsinə əmin olmaq istədim. Məlum oldu ki, məhdudiyyət hələ də qüvvədədir. Xaçmazdakı Xanoba sərhəd buraxılış məntəqəsindən məni geri qaytardılar. Məsələ ilə bağlı Baş prokurorun müavini Rüstəm Usubovun mobil telefonuna zəng etdim.

Fikirlərimi sonadək dinləmədən telefonun dəstəyi asdı”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!