Cənubi Qafqaz ölkələri digər ölkələrlə münasibətlərini qurmaq hüququna malik suveren dövlətlərdir.
"Yeni Sabah" RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Suveren dövlətlərdir və müxtəlif ölkələrlə münasibətlərini qurmaq üçün suveren hüquqa malikdirlər. Eyni zamanda, həm Bakı, həm də İrəvanla bütün mümkün sahələri əhatə edən geniş ikitərəfli münasibətlərimiz var", - deyə Peskov jurnalistlərə bildirib. pizza sifarişi
Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ermənistan və Azərbaycana rəsmi səfərlər edib.
Fevralın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ-nin vitse-prezidenti Ceyms D. Vens arasında keçirilən görüşdən sonra Ermənistanla ABŞ arasında sənədlərin imzalanması mərasimi keçirilib. Baş nazir Nikol Paşinyan və ABŞ-nin vitse-prezidenti Ceyms D. Vens "Ermənistan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Nüvə Enerjisinin Sülh Məqsədləri ilə İstifadəsi Sahəsində Əməkdaşlıq Sazişi" üzrə danışıqları yekunlaşdıran birgə bəyanat imzalayıblar.
Fevralın 10-da Bakı və Vaşinqton arasında Azərbaycanda Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb.
Telegram kanalımız