Rusiyanın da digər ölkələr kimi Dağlıq Qarabağın statusuna dair mövqeyi dəyişməyib.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağın kimə məxsus olması kifayət qədər çoxdan BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə müəyyən olunub. Dominos pizza
“Bütün bunlar BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərilib”, - deyə o vurğulayıb.
D. Peskov Rusiya Prezidentinin Ermənistanın özünün belə Dağlıq Qarabağı tanımadığı fikrini xatırladıb. (APA)
Telegram kanalımız