Rusiya Federasiyası və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş Rusiyada keçiriləcək prezident seçkilərindən əvvəl baş tutmayacaq, lakin ən yüksək səviyyədə təmaslara hazırlıq gedir.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, prezidentin seçkilər öncəsi kifayət qədər sıx və gərgin qrafiki var: Marqarita pizza
"Cənab Ərdoğanın da qrafiki çox gərgindir. "Lakin ən yüksək səviyyədə təmaslara hazırlıq gedir, bunu dəfələrlə bəyan etmişik".
Peskov izah edib ki, təmaslar iki prezidentin iş qrafikinə ən uyğun olan vaxtda baş tutacaq”.
Telegram kanalımız