Peskovdan Qarabağ açıqlaması: “4-5 il əvvəl...”

saytların hazırlanması

Evə çatdırılma

Peskovdan Qarabağ açıqlaması: “4-5 il əvvəl...”

Siyasət

26 Noyabr 2023 16:53 8551


Bəzi Qərb dövlətləri Qarabağ ətrafında sabitliyi pozmağa çalışır və regionda Rusiyaya qarşı açıq mübarizə aparırlar.

Yenisabah.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“3, 4, 5 il əvvəl də belə bir mübarizə diplomatik maskalarla aparılırdı. İndi bu maskalar çoxdan atılıb və üzbəüz, açıq şəkildə mübarizə aparılır. Həqiqətən də bir sıra ölkələr hələ də Qarabağ ətrafında sabitliyi pozmağa çalışırlar. Yeri gəlmişkən, Azərbaycan tərəfi də rəsmi şəkildə bəyan etdi ki, bu ölkələr çətin ki, hər hansı vasitəçi roluna iddia edə bilər, çünki onlar birtərəfli vasitəçi rolunu öz üzərinə götürüblər. Və təbii ki, belə birtərəfli mövqe tutaraq nəyəsə iddia etmək həm mümkün deyil, həm də yersizdir”, - Peskov bildirib. Dominos pizza

Onun sözlərinə görə, Qərb dövlətləri Rusiyanı Qarabağdan sıxışdırıb çıxarmağa çalışır, lakin heç kim regionda sülhün və sabitliyin təminatçısı kimi çıxış edə bilməz.

“Bizi oradan sıxışdırmağa çalışdıqlarını bilirik. Amma hələlik Rusiyadan başqa heç kim regionda sülhün və sabitliyin təminatçısı kimi belə bir rol oynaya bilmir. Rusiya isə səylərini davam etdirir”./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!