Peyman Babayi “Sumqayıt” klubunun tarixinə düşüb.
“Yeni Sabah” PFL-in saytına istinadən xəbər verir ki, futbolçu 2010-cu ildə yaranan komandanın heyətində rəsmi görüşdə het-trik edən ilk futbolçu adına yiyələnib.
Hücumçu buna Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Zirə” ilə səfərdəki cavab matçında (3:3) nail olub. Sezar pizza
Qeyd edək ki, iranlı legioner Azərbaycan kubokunda mövsümün ilk het-trikinə də imza atıb. Turnirdə bunu bacaran sonuncu futbolçu Filip Ozobiç olmuşdu. “Qəbələ”də çıxış etdiyi vaxt “Mil-Muğan”a (8:0) üç qol vuran xorvatiyalı yarımmüdafiəçi 518 gün əvvəl - 2017-ci il noyabrın 29-da fərqlənmişdi.
Telegram kanalımız