Peyvənd olunmaq üçün günün ən münasib vaxtı müəyyənləşdi

saytların hazırlanması

Evə çatdırılma

Peyvənd olunmaq üçün günün ən münasib vaxtı müəyyənləşdi

Sağlamlıq

22 Oktyabr 2021 22:39 1630


Almaniya və İsveçrə alimləri laboratoriya siçanları və insan hüceyrələri üzərində aparılan təcrübələrdən istifadə edərək insanlarda immunitet sisteminin səhər saatlarında daha yüksək olduğunu aşkar ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə "Neuroscience News" saytı məlumat verib.

Alınan nəticəyə əsasən belə müəyyən edilib ki, bu, peyvənd edərkən nəzərə alınmalıdır. Marqarita pizza

Tədqiqat zamanı Cenevrə və Lüdviq-Maksimilian universitetlərinin mütəxəssisləri orqanizmdəki dendritik hüceyrələrin istirahət mərhələsinin sonunda ən aktiv şəkildə hərəkət etdikləri qənaətinə gəliblər.

Alimlərin fikrincə, peyvənd və immunoterapiya zamanı günün vaxtı mütləq nəzərə alınmalıdır. Belə ki, düzgün vaxtda edilən peyvənd prosedurların effektivliyinə müsbət təsir göstərə bilər./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!