Peyvənd vurdurmayanların küçəyə çıxması qadağan olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Peyvənd vurdurmayanların küçəyə çıxması qadağan olunacaq

Dünya

13 Noyabr 2021 13:31 972


Yeni növ koronavirusa yoluxanların sayının bir gündə 10 mini keçdiyi Avstriyada yeni qadağalar tətbiq ediləcək.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, Yuxarı Avstriya və Zalsburq əyalətlərində peyvənd olunmayanlar üçün bazar ertəsindən etibarən küçəyə çıxmaq qadağası tətbiq ediləcək.

Avstriyanın Baş Naziri Aleksandr Şallenberq mətbuata verdiyi açıqlamada bazar günü dövlət başçıları və ekspertlərlə görüşdən sonra ölkə daxilində peyvənd olunmamış insanlar üçün komendant saatına “yaşıl işıq” yandırıla biləcəyini deyib. pizza hut

Ölkənin Səhiyyə Naziri Volfqanq Mükşteyn də Yuxarı Avstriya və Zalzburq əyalətlərində peyvənd olunmayanlar üçün komendant saatının bazar ertəsindən qüvvəyə minəcəyini qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!