Peyvəndin 1-ci dozasının vurulması infeksiya riskini azaldır

saytların hazırlanması

Evə çatdırılma

Peyvəndin 1-ci dozasının vurulması infeksiya riskini azaldır

Sağlamlıq

28 Aprel 2021 16:41 715


Yeni növ koronavirusa qarşı vaksinin birinci komponentinin bədənə yeridilməsi xəstə şəxslərdən infeksiyanın ötürülməsi ehtimalını 2 dəfə azaldır.

Yenisabah.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Public Health England” xidmətinin tədqiqatında deyilir.

Dərc olunan məlumatlara görə, ABŞ istehsalı olan “Pfizer” və ya Böyük Britaniya və İsveçin birgə hazırladığı "AstraZeneca" vaksinlərinin birinci dozası vurulmuş şəxslərin koronavirus infeksiyasını ötürmək ehtimalı 38-49% daha aşağıdır. “Bu tədqiqat onların (vaksinlərin) ölümcül virusun ötürülmə ehtimalını da aşağı saldığı barədə real məlumat təqdim edir”, - Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok bildirib. (Report) pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!