Bir-birimizlə döyüş və ixtilafda olma düşmənin xeyrinədir. Müsəlmanlar arasında ayrı-seçkilik yaradan hər mesaj və səs şeytanın səsidir.
Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.
O əlavə edib: "İslam Peyğəmbəri öz kəlamlarında müsəlmanların qardaş olduğunu qeyd edib. Biz bir-birimizlə qardaşlaşsaq, İsrail müsəlmanlara qarşı qırğınlar törədə bilərmi?! Sezar pizza
Biz hamımız inancımız əsasında qardaşıq, indi birləşməliyik və beləcə iqtisadiyyatımız güclənəcək, gənclərimiz böyüyəcək, elm və texnologiyanı bir-birimizə ötürə biləcəyik. Bir-birimizlə döyüş və ixtilafda olma düşmənin xeyrinədir. Müsəlmanlar arasında ayrı-seçkilik yaradan hər mesaj və səs şeytanın səsidir".
Telegram kanalımız