Pezeşkian: İslam dövlətləri sərhəddə nəzarəti ləğv etsin

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkian: İslam dövlətləri sərhəddə nəzarəti ləğv etsin

Dünya

11 Sentyabr 2024 17:38 513


Şengen üzvü olan Avropa ölkələri kimi, İslam dövlətlər arasındakı sərhədlərdə nəzarəti ləğv edilməlidir.

Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Bağdada səfəri zamanı deyib.

Onun sözlərinə görə, bu cür yanaşma xarici sanksiyaları neytrallaşdırmağa” imkan verə bilər. O qeyd edib ki, müsəlman həmrəyliyi sionist rejimin kökünün kəsilməsində əsas amildir. Sezar pizza

İran və İraq arasında əməkdaşlıqdan danışan Pezeşkian siyasi, iqtisadi, mədəni və sosial sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi imkanlarını öyrənəcək xüsusi komissiyaların yaradılmasına çağırıb.

İraq prezidenti Əbdüllətif Rəşid iki ölkə arasında tərəfdaşlığın gücləndirilməsinin zəruriliyi ilə razılaşıb. O, həmçinin İran və İraq arasında ticarət əməliyyatlarında ABŞ dollarından istifadə edilən hesablaşmalara son qoymağa çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!