İran prezidenti Məsud Pezeşkian İraq rəsmiləri ilə ikitərəfli görüşlər keçirmək üçün Çərşənbə günü, sentyabrın 11-də İraqa səfər etməyi planlaşdırır.
Yenisabah.az Mehr-ə istinadla xəbər verir ki, bu, Pezeşkianın İran İslam Respublikasının prezidenti kimi ilk xarici səfəridir.
Avqustun sonunda İran İslam Respublikasının İraqdakı səfiri Məhəmməd Kazım əl-Sadiq bildirib ki, İran prezidenti İraqın baş naziri Məhəmməd Şiə əl-Sudaninin dəvəti ilə İraqa səfər etməyi planlaşdırır. pizza mizza
Onun sözlərinə görə, iki ölkə prezidentləri arasında mərhum prezident İbrahim Rəisinin planlaşdırılan səfəri zamanı imzalanması nəzərdə tutulan anlaşma memorandumları Pezeşkiyanın İraqa gözlənilən səfəri zamanı imzalanacaq.
Telegram kanalımız