Pezeşkianın kürəkəni Prezident Aparatında vəzifə aldı

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkianın kürəkəni Prezident Aparatında vəzifə aldı

Dünya

18 Sentyabr 2024 16:35 453


Son günlər adı tez-tez hallanan Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi ilə bağlı daha bir iddia ortaya çıxıb.

Yenisabah.az xəbər verir ki, Məcidi Prezident Aparatının rəhbəri Möhsün Hacımirzayinin icraçı köməkçisi təyin edilib.

Bu barədə "Bamdade nou" "Telegram" kanalı məlumat yayıb. Dördpendirli pizza

Bundan əvvəl Həsən Məcidinin adı İran prezidentini İraq Kürdüstanına səfərində müşayiət etməsi ilə gündəmə gəlmişdi.

Həsən Məcidi Zəhra Pezeşkianın əridir, onun özəl şirkətdə baş maliyyə eksperti işlədiyi söylənilir.

Məsud Pezeşkian ilk mətbuat mətbuat konfransında Prezident Aparatında ümumən 4 min nəfərin işlədiyini bildirmişdi: "Onlardan yalnız 400-nün əməyindən faydalanırıq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!