PFL prezidenti və digər əməkdaşlarının son durumu açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

PFL prezidenti və digər əməkdaşlarının son durumu açıqlandı

Maraqlı

18 Dekabr 2023 12:16 701


Dekabrın 16-da səhər saatlarında Ağdam-Xankəndi yolunda qəzaya düşən Peşəkar Futbol Liqasının rəsmilərinin son vəziyyəti açıqlanıb.

Yaralıların yerləşdirildiyi “Liv Bona Dea Hospital”ın mətbuat katibi Samir Oruc Oxu.Az-a bildirib ki, əməliyyat olunan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və PFL vitse-prezidenti Aslan Şahyəldigevin vəziyyəti stabildir:

“Reanimasiya şəraitində müalicələri davam edir. Digər dörd xəstə isə stasionar şəraitdə müalicə alır. Ümumi vəziyyətləri nisbi-stabildir”. pizza

Qeyd edək ki, hadisə dekabrın 16-sı Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayonu ərazisindən keçən hissəsində baş verib. 

Bakı şəhər sakini Rəsul Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, PFL texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!