Pilotun tapılması üçün Türkiyəyə müraciət olundu

saytların hazırlanması

Evə çatdırılma

Pilotun tapılması üçün Türkiyəyə müraciət olundu

Siyasət

30 İyul 2019 13:52 1382


İyulun 24-də təlim-məşq uçuşları zamanı qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin axtarışı üzrə keçirilən əməliyyatlara müasir sualtı robotlar və digər avadanlıqlar, o cümlədən xarici mütəxəssislər və peşəkar dalğıclar cəlb olunub.

Müdafiə Nazirliyindən “Yeni Sabah”a daxil olan xəbərə görə, əməliyyatlara əlavə qüvvələrin qatılması məqsədilə Türkiyə Respublikasının aidiyyəti qurumlarına da müraciət olunub və yaxın zamanda onların mütəxəssislərinin ölkəmizə gəlməsi gözlənilir.

Eyni zamanda həyata keçirilən əməliyyatın əhatə sahəsi genişləndirilərək ölkəmizin aidiyyəti qurumlarının xeyli sayda gəmi, kater və aviasiya vasitələri də axtarışlarda daim iştirak edirlər. pizza mizza

Qeyd edək ki, qəza baş verən andan bu günədək davam edən küləkli əlverişsiz hava şəraitinə baxmayaraq Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiyanın rəhbərliyi altında axtarış əməliyyatları hazırda da intensiv aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!