Bakının Pirşağı qəsəbəsi çimərliyində 2 nəfər dənizdə batıb.
"Yeni Sabah" "Reporta"a istinadən bildirir ki, Abşeron rayonunun Məmmədli kəndindən olan gənclər dənizdə çimərkən batma təhlükəsi ilə üzləşiblər. 8 nəfərdən 6-sı xilas edilib. Lakin iki nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Dənizdə batan gənclərdən birinin meyiti tapılıb. O, Abşeron rayon Məmmədli kənd sakini, 2002-ci il təvəllüdlü Sadiq Vüqar oğlu Abbasovdur. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. pizza hut
Xilasedicilər tərəfindən dənizdə batan digər gəncin meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir.
Telegram kanalımız