Sabunçu rayonunda usta işlədiyi evdən 15 min manatlıq oğurluq etdiyi üçün saxlanılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, oğurluq Pirşağı qəsəbəsində yerləşən yeni tikilməkdə olan evlərdən birində baş verib.
edilib. Naməlum şəxs əvvəlcə evin təhlükəsizlik kameralarını yararsız hala salaraq oradan ümumi dəyəri 15 min manat olan sement qarışdıran qurğunun hissələrini oğurlayıb. Pepperoni pizza
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qeyd edilən evdə usta işləyən Vüsal Həsənovu saxlayıb. Aparılan araşdırmalar zamanı onun oğurladığı metal hissələri dəyər-dəyməzinə əlvan metal qəbulu məntəqələrinə satdığı məlum olub.
Faktla bağlı 15-ci Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Telegram kanalımız