Pişik səsinin insan orqanizminə inanılmaz təsiri -   MÖCÜZƏVİ FAYDA

saytların hazırlanması

Evə çatdırılma

Pişik səsinin insan orqanizminə inanılmaz təsiri - MÖCÜZƏVİ FAYDA

Sağlamlıq

15 Sentyabr 2024 13:59 3164


Pişiklərin insan orqanizminə sonsuz faydasından hər kəs xəbərdardır. Bu sehirli heyvanlar insanın əsəblərini sakitləşdirir, təzyiqi normada saxlayır, pis fikirlərdən uzaqlaşdırır.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, pişiklərin səsi hətta insan bədənindəki ağrıların azalmasına səbəb olur. Təcrübə əsnasında məlum olub ki, pişiklər mırıldayan zaman insan orqanizminin regenerativ funksiyasında müsbət dəyişikliklər müşahidə olunur. Bu da əzələ, sümük sistemində oan problemləri aradan qaldırır.

Hətta həkimlər iddia edirlər ki, evdə pişik saxlayan insanlar ürək-damar və əsəb xəstəliklərindən daha az şikayət edirlər. pizza

Rusiyanın Volqoqrad Dövlət Universitetinin mütəxəssisləri pişiklərin ürək ritmini və təzyiqi də tənzimlədiyini müəyyən ediblər. Təcrübənin əvvəlində könüllü içtirakçıların təzyiqi ölçülüb, kardioqramması çəkilib. Sonra 10 dəqiqə ərzində hər bir iştirakçıya pişik səsi dinlədilib və eyni müayinələr yenidən aparılıb. Həkimlər heyrətlərini gizlədə bilməyiblər. Çünki bütün könüllülərin təzyiqi də, ürək döyüntüləri də stabilləşib.

Odur ki, alimlər tibbdə yeni pişik inqilabı etməyə hazırlaşırlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!