Pivə içmir, amma zina edir...

saytların hazırlanması

Evə çatdırılma

Pivə içmir, amma zina edir...

Yazar

20 Noyabr 2025 12:09 4695


Mən insanların səhvini üzə vurmağın tərəfdarı deyiləm. Hələ sağlığında cənnətlə müjdələnən Peyğəmbərimiz Həzrəti Məhəmməd deyib: "Xətasız qul olmaz".

Əgər Peyğəmbər əfəndimiz kimi seçilməmişiksə, ilahiyyatçıların təbirincə desək, Allahın sadiq qulu, hüquqşünasların dili ilə desək, hər kəslə eyni hüquqlara malik olan sadə vətəndaşıqsa, mütləq bizim də səhvimiz vardır. Səhvsiz insan olmur.

Anadoluda məşhur bir söz var: hər qoyunu öz ayağından asırlar. pizza hut

Biz dördayaqlı qoyun deyil, iki gözü, iki qulağı, ağlı, düşüncəsi olan insan olduğumuz üçün bütün əməllərə cavabdehlik. Uca Allah bizi burnunun ucundakı palçığı görməyib dizə qədər zığa batan uzunqulaq yaratmadığı üçün hansısa səhvimizi, gunahımızı taleyin boynuna atmağa haqqımız yoxdur.

Həkim dostum danışır: "Yüngül əxlaqlı qadınlarla sıx-sıx ünsiyyətdə olan bir pasiyentim vardı. Tez-tez o axmaq xəstəliyə yoluxurdu. Pis adam olmadığı üçün müalicə yazıb yola salırdım. O, adətkar, mən isə agzıbutöv adam olduğum üçün bir neçə il münasibətimiz davam etdi. Bir gün yenə o mərəzə yoluxub üstümə gəlmişdi. Dedim ki, axşam üç-dörd bokal pivə iç, sabah gəl analiz ver.

Xoruz kimi üstünə şığıdı: "Doktor, səy-səy danışma. Mən iman əhliyəm, vaxtlı-vaxtında namazımı qılıb ildə 30 gün oruc tuturam. Pivə içmək günahdır”.

Ötən gün çay süfrəsində bir araya gələndə soruşdu: "Hacı, başqasının qadınını yoldan çıxarmaq günahdır, yoxsa torpaqdan aldığı güc-qüvvətlə hər gün boy atıb pərvazlanan buğdadan hazırlanmış pivə içmək?"

Din təəssübkeşliyim güc gəldiyi üçün ümumi cavab verməklə kifayətləndim: "Hər ikisi günahdır".

Təzəpir məscidində bir boşqab aşı ehsan sahiblərinə 17 manata təklif edən hörmətli Şeyximizin bu yazını oxumayacağına əmin olsaydım belə deyərdim: “Gündə beş bokal pivə ic, amma o sürtüklərdən uzaq ol".

Bir neçə il əvvəl hansısa saytda oxumuşdum: məhkəmədə prokuror günahsız vətəndaşa 9 il həbs cəzası istəyir. Məhkumun qohum-əqrabası etiraz edir, səs-küy, dava-dalaş düşür.

Hakim köməkçisi masanın üstündəki qrafindən bir stəkan su süzüb prokurora uzadır. Prokurorun reaksiyası belə olur: "A bala, o tərəfə elə, orucam. Məni günaha batırma".

Görəsən, ildə 30 gün oruc tutub vaxtlı-vaxtında namazını qılan, amma zina edən adamın o dünyada işi çətin olacaq, yoxsa arağı vedrə ilə içib ancaq zina etməyən, yalandan və palandan uzaq olan adamın?

İnancı kamil olan, o biri dünyanın varlığına səmimi qəlbdən inanan adam kimi deyirəm: görəcəyik!

Hamı görəcək.

O dünyaya inanmamaq insanı o dünyada olmaq haqqından məhrum etmir...

Hacı QULAM


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!