Piyadanı vurub öldürən təcili yardım sürücüsünə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Piyadanı vurub öldürən təcili yardım sürücüsünə hökm oxundu

Kriminal

29 May 2025 20:40 536


Bakıda piyadanı vurub öldürən təcili yardım avtomobilinin sürücüsünə hökm oxunub.

Oxu.Az-ın məlumatına görə, hadisə Zabrat-Maştağa yolunda baş verib.

14 saylı Təcili Tibbi Yardım Stansiyasının təcili yardım avtomobilinin sürücüsü Sultan Sultanov Zabratdan xəstə çağırışından qayıdarkən yolda piyada Şahverdi Məlikovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. pizza hut

Qeyd olunub ki, hadisəyə səbəb sürücünün avtomobili yüksək sürətlə idarəetməsi olub. Faktüzrə cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə S.Sultanov 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 il azadlıqdan məhrum edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!