Terror təşkilatı YPG/PKK-nın Hələbin Mənbic bölgəsində “məcburi hərbi xidmət” adı altında mülki şəxslərin zorla sıralarına cəlb etməsi etiraza səbəb olub.
Yenisabah.az xəbər verir ki, mövcud vəziyyətlə razılaşmayan şəxslərə terrorçular tərəfindən atəş açılıb. Nəticədə iki gündə ən az 8 mülki vətəndaş həyatını itirib, 27 nəfər isə yaralanıb. Hazırda etirazçılar "məcburi hərbi xidmət"in ləğv edilməsini və nümayişçilərə atəş açan terrorçuların mühakimə olunmasını tələb edir.
Telegram kanalımız