Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfirliyi qarşısında keçirilən mitinqdə iştirak etdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfirliyi qarşısında keçirilən mitinqdə iştirak etdi - Video

Rəsmi

15 İyul 2020 19:23 1570


İyulun 15-də Azərbaycanın Rusiyadakı səfirliyi qarşısında Azərbaycan ordusuna dəstək aksiyası keçirilib.

Yenisabah.az xəbər verir ki, toplaşanlar qarşısında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edib. Onun sözlərinə görə, bir neçə gündür ki, Rusiyada yaşayan azərbaycanlılar səfirliyə müraciət edir, könüllü olaraq Azərbaycan ordusuna yazılmaq istədiklərini bildirirlər. Səfir qeyd edib ki, bu müraciətlər ölkə rəhbərliyinə çatdırılacaq.

Mitinqdə çıxış edənlər Azərbaycan xalqı ilə həmrəy olduqlarını bildiriblər və “Ya Qarabağ, ya ölüm” şüarını səsələndiriblər. Pepperoni pizza

Aksiya iştirakçıları Rusiya hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən mühafizə olunublar.

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!