Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko Azərbaycanın səfiri Polad Bülbüloğlunu qəbul edib.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayaıb.
Məlumata görə, ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məsələləri, ilk növbədə, bu il fevralın 22-də Rusiya və Azərbaycan arasında Müttəfiq əməkdaşlıq haqqında Bəyannamənin müddəalarının həyata keçirilməsi kontekstində müzakirə edilib. pizza mizza
9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin praktiki icrası ilə bağlı regional məsələlərin bir sıra aspektlərinə də toxunulub.
Telegram kanalımız