Polad Həşimovun avtomobili   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Polad Həşimovun avtomobili VİDEO

Sosial

04 Mart 2026 20:34 624


Milli Qəhrəman, mərhum general Polad Həşimova məxsus olduğu bildirilən avtomobilin görüntüləri sosial şəbəkələrdə yayılıb və böyük marağa səbəb olub.

"Yeni Sabah" Milli.az-a istinadən xəbər verir ki, şəhid generalla bağlı edilən paylaşım qısa müddətdə minlərlə baxış toplayıb. İzləyicilər paylaşımın altına çoxsaylı şərhlər yazaraq Polad Həşimovun xatirəsini ehtiramla anıblar. Bir çox istifadəçi onun sadəliyini və vətənpərvərliyini xüsusi vurğulayıb.

Avtomobilin qorunub saxlanılması qəhrəmanın xatirəsinə göstərilən hörmət kimi qiymətləndirilib. pizza

Qeyd edək ki, Polad Həşimov 1975-ci ildə anadan olub. O, Azərbaycan Silahlı Qüvvələrində uzun illər xidmət edib və müxtəlif məsul vəzifələrdə çalışıb. 2020-ci ilin iyul ayında Tovuz istiqamətində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Ölümündən sonra ona "Milli Qəhrəman" adı verilib.

Polad Həşimov Azərbaycan cəmiyyətində vətənə sədaqətin və fədakarlığın simvollarından biri kimi xatırlanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!