Poliomielit əleyhinə vaksin COVID-19-dan qoruyur? -   Mütəxəssis rəyi

saytların hazırlanması

Evə çatdırılma

Poliomielit əleyhinə vaksin COVID-19-dan qoruyur? - Mütəxəssis rəyi

Sağlamlıq

06 May 2021 12:20 972


Poliomielit əleyhinə “canlı” vaksin COVID-19 xəstəliyinin qarşısını ala bilər.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının M.Çumakov adına İmmunobioloji Preparatların Araşdırma və İnkişafı üzrə Federal Tədqiqat Elmi Mərkəzinin mütəxəssisləri təcrübə yolu ilə sübut ediblər.

Qeyd edək ki, poliomielit sinir sistemini zədələyə, əzələlərin iflicinə gətirib çıxara və ölümlə nəticələnə bilən yoluxucu xəstəlikdir. “Canlı” vaksin isə tərkibində zəifləmiş canlı poliovirus olan peyvənddir. Toyuqlu pizza

Elmi Mərkəzin Baş direktoru Aydar İşmuxametov "Russia 1" telekanalının efirində deyib ki, təxminən, 60 könüllüyə poliomielit əleyhinə “canlı” vaksin vurulub və nəticədə bu qrupda yoluxmalarda kəskin azalma əldə edilib.

Sovet virusoloqu, akademik Mixail Çumakov hələ keçən əsrin 60-cı illərində poliomielit əleyhinə “canlı” vaksinin qripin gedişatını mülayimləşdirə biləcəyi fikrini irəli sürüb. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!