Polis gecə 3-də HƏRƏKƏTƏ KEÇDİ - 2 nəfər SAXLANILDI 

saytların hazırlanması

Evə çatdırılma

Polis gecə 3-də HƏRƏKƏTƏ KEÇDİ - 2 nəfər SAXLANILDI 

Kriminal

24 İyul 2024 10:01 1147


Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gecə saat 3 radələrində rayonun Beştalı kəndi ərazisində əvvəllər məhkum olunmuş Orxan Ələkbərov və tanışı, Atakişi Məmmədov saxlanılıblar. 

Yenisabah.az xəbər verir ki, onların idarə etdiyi “Chevrolet” markalı avtomobildən eynək, iki ədəd dəyənək, iki cüt əlcək və iki ədəd papaq aşkarlanıb. 

Araşdırmalar zamanı adı çəkilən şəxslərin tamah niyyəti ilə O.Ələkbərovun bibisinin həmin kənd ərazisində yerləşən evinə qanunsuz olaraq daxil olmağa hazırlaşdıqları müəyyən olunub. pizza

Bundan əlavə polis əməkdaşlarının apadıqları əlavə araşdırmalar zamanı O.Ələkbərovun və A.Məmmədovun ötən ilin noyabr ayında Neftçala rayonunun Qaraqaşlı kəndi ərazisində yerləşən evlərdən birinə qanunsuz daxil olaraq zərərçəkmişə məxsus 9650 manat dəyərində qızıl-zinət əşyalarını oğurladıqları da müəyyən edilib.

Araşdırmalar davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!