Polis Koçaryanın oğluna təcili yardım çağırmaqdan imtina edib 

saytların hazırlanması

Evə çatdırılma

Polis Koçaryanın oğluna təcili yardım çağırmaqdan imtina edib 

Maraqlı

12 Oktyabr 2023 13:10 540


Xəbər verdiyimiz kimi, sentyabrın son 10 günlüyündə Ermənistanda müxalifət tərəfindən keçirilmiş itaətsizlik aksiyalarından birində eks-prezident Robert Koçaryanın oğlu Levon Koçaryan saxlanılmışdı. 

Yenisabah.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hadisə zamanı baş vermiş pozuntularla bağlı vəkili Erik Aleksanyan danışıb. 

Onun sözlərinə görə, polis Koçaryanın həbsdə olan oğlu üçün həkim çağırmaqdan imtina edib. Vəkil ona qarşı zorakılıq tətbiq olunduğunu, bir neçə zərbə vurulduğunu deyib.  Dördpendirli pizza

"Nəticədə saxlanılan şəxsin tələblərinə baxmayaraq, cəmi yarım saat sonra təcili yardım çağırılıb", - Aleksanyan vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!