Polis narkotikə görə 104 nəfəri saxlaldı 

saytların hazırlanması

Evə çatdırılma

Polis narkotikə görə 104 nəfəri saxlaldı 

Maraqlı

05 Oktyabr 2023 17:31 485


İstanbulun müxtəlif rayonlarında eyni vaxtda keçirilən əməliyyatlardan sonra narkotik alveri ilə məşğul olduğu müəyyən edilən şübhəli şəxslər saxlanılıb. Axtarışlar zamanı müxtəlif miqdarda narkotik vasitə, eləcə də silah və pul götürülüb. 

Yenisabah.az xəbər verir ki, İstanbul şəhər Polis İdarəsindən bu gün verilən açıqlamaya görə, İstanbulun 25 rayonunda xüsusilə Kadıköy, Qaziosmanpaşa, Şişli, Sarıyer, Bəyoğlu, Əsənyurd, Anaşəhər və Ümraniyə rayonlarında narkotik alveri ilə məşğul olduğu müəyyən edilən 104 nəfər saxlanılıb.

Baxışlar zamanı 3 kq 602 qr  sintetik kannabinoidlər, 135 qr skunk tipli dərman, 59 qr metamfetamin, 33 qr bonzai, 755 sintetik narkotik vasitə, 3 tapança, 50 tapança patronu, 2 ədəd boş tapança və 50.045 TL, 10 avro ələ keçirilib.  pizza mizza

Polis axtarışda olan şəxslərin tutulması istiqamətində tədbirlərin davam etdirildiyini bildirib. 

Nəzrin Musayeva 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!