Polis parkda gəzintiyə çıxan koronavirus xəstəsini saxladı

saytların hazırlanması

Evə çatdırılma

Polis parkda gəzintiyə çıxan koronavirus xəstəsini saxladı

Maraqlı

18 Avqust 2021 12:40 994


İsmayıllıda polis əməkdaşları tərəfindən dünən keçirilən nəzarət tədbirləri zamanı koronavirus xəstəsi ictimai yerdə aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, rayon sakini Ağasəf Cavadzadənin COVID-19 testi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin olunub. Lakin həmin şəxs özünütəcrid qaydalarını kobud şəkildə pozaraq ictimaiyyət arasına çıxıb.

Polis əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu ərazidə aşkarlanan Cavadzadə tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb. Onun barəsində İsmayıllı RPŞ-də araşdırma aparılır. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!