Polis ton yarım narkotik ələ keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Polis ton yarım narkotik ələ keçirdi

Kriminal

28 İyul 2019 16:29 1362


İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətində 1,6 ton narkotik aşkarlanıb.

Bunu İranın Simnan vilayəti hüquq-mühafizə orqanının polis rəisi polkovnik Abdulla Həsəni polis informasiya agentliyinə açıqlamasında deyib.

A.Həsəninin sözlərinə görə, məlumatlar əsasında narkotik qaçaqçıları böyük bir narkotik yükü İranın mərkəzinə nəql etməyə çalışıblar. Toyuqlu pizza

Həsəni əlavə edib ki, bununla əlaqədar Simnan və Sistan və Bəluçestan vilayəti polis əməkdaşları birgə əməliyyat keçirib.

Həsəni İranın Pakistanla sərhəd rayonunda Səravanda narkotik qaçaqmalçıları ilə silahlı insidentin baş verdiyini deyib.

Polis rəisi bildirib ki, qaçaqmalçılar gecənin qaranlığından istifadə edərək Pakistana qaçıblar.

“Toyota markalı avtomobildə 1,58 ton tiryək, 18 kq heroin, 1 ədəd Kalaşnikov markalı avtomat və müəyyən qədər sursat aşkarlanıb” - deyə o qeyd edib.

Trend

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!