Polis və prokurorluq birgə məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Polis və prokurorluq birgə məlumat yaydı

Kriminal

13 İyul 2019 01:31 1340


Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü həbs edilərək istintaqa cəlb edilib.

DİN və Baş Prokurorluğun mətbuat xidmətlərindən “Yeni Sabah”a daxil olan birgə məlumata görə, iyulun 10-da Bakı-Qazax yolunun Hacıqabul rayonu, Muğan qəsəbəsi ərazisində naməlum avtomobillə piyada, 1987-ci il təvəllüdlü Cavanşir Qənbərovun vurulması nəticəsində sonuncunun aldığı xəsarətlərdən vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilərək fotoşəkillər və sxem çəkilib, bir sıra nəqliyyat vasitələrinə baxış keçirilərək avtomobillərin sahibləri dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib. Dördpendirli pizza

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin 1966-cı il təvəllüdlü Müslət Əliyevin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq idarə etdiyi "Ford Transit” markalı, 99-DK-538 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə törədərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

M.Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!