Polisə böhtan atdılar   – Şəhər bir-birinə dəydi

saytların hazırlanması

Evə çatdırılma

Polisə böhtan atdılar – Şəhər bir-birinə dəydi

Hadisə

13 Aprel 2020 16:06 1130


Dünyanı təsiri altına alan koronavirus səbəbilə ölənlərin sayının artdığı İngiltərədə maraqlı hadisə yaşanıb. Belə ki, Stockton-on-Tees şəhərində virusa yoluxan xəstəyə tibb işçiləri və polislərin birgə müdaxiləsi narahatlığa səbəb olub. 

Yenisabah.az xəbər verir ki, müdaxilə zamanı ətrafdakı insanlardan biri "Koronavirus ziyafəti təşkil edilir" deyib. Onun bu sözləri qısa müddət ərzində şəhərdə dildən-dilə düşüb. İnsanlar onlarla polisin gəldiyi ünvanda karantin rejiminə baxmayaraq, bir qrup adamın içkili əyləncə düzəltdiyini iddia ediblər. 

Çıxılmaz durumda qalan polis şayiələri rəsmi şəkildə təkzib etmək məcburiyyətində qalıb. Tibb işçiləri də bir nəfərin vəziyyətinin ağırlaşdığını, ona görə orada olduqlarını açıqlamalı olublar. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!