Polisə cəsus proqramından istifadəyə icazə verildi

saytların hazırlanması

Evə çatdırılma

Polisə cəsus proqramından istifadəyə icazə verildi

Dünya

26 Oktyabr 2019 17:06 974


Bu həftə İsveçin hüquq-mühafizə orqanları şifrlənmiş rabitə əlaqəsini ələ keçirmək üçün şübhəli cihazlara casus proqramı quraşdırmaq səlahiyyətinə yiyələniblər.

"Yeni Sabah" “ictnews”a istinadla xəbər verir ki, bu barədə İsveçin Daxili İşlər naziri Mikael Damberq məlumat verib.

Onun sözlərinə görə, şifrlənmiş rabitə əlaqəsini ələ keçirmək üçün polisin hüquqi və texniki imkanlarla təmini prioritet məsələ olub. Nazir izah edib ki, “Signal” və “WhatsApp” kimi xidmətlərdən istifadə edərək öz fəaliyyətlərini quran cinayətkar qruplar texniki baxımdan polisdən bir addım öndə idilər. pizza

O bildirib ki, son bir neçə ildə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ələ keçirilmiş bütün rabitə əlaqələrinin 90%-i şifrlənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!