“Polşa ilə dron və digər silahların birgə istehsalına hazırlaşırıq” - Zelenski

saytların hazırlanması

Evə çatdırılma

“Polşa ilə dron və digər silahların birgə istehsalına hazırlaşırıq” - Zelenski

Siyasət

05 Fevral 2026 18:12 671


Ukrayna və Polşa dron və digər silahların birgə istehsalına hazırlaşır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın Baş naziri Donald Tuskla söhbətin yekunları üzrə teleqram kanalında yazıb.

"Mən ölkəmizdəki enerji sektorundakı vəziyyət və bərpa məsələləri barədə məlumat verdim. Bu sahədə əməkdaşlığı müzakirə etdik və ölkələrimizi gücləndirə biləcək istiqamətlər var. Xüsusilə, bu, Ukrayna və Polşada enerji şəbəkələrinin inkişafına aiddir", - o yazıb. Pepperoni pizza

Zelenski əlavə edib ki, söhbətin ayrıca hissəsi birgə təhlükəsizlik proqramları olub. Ukrayna onun ABŞ silahlarını almağa imkan verən PURL proqramında Polşanın iştirakını davam etdirəcəyinə ümid edir.

"Həmçinin, Ukraynanın SAFE proqramının tamhüquqlu iştirakçısı olacağını gözləyirik. Dron və digər silahların birgə istehsalına hazırlaşırıq", - o qeyd edib.

Prezident əlavə edib ki, tərəflər müharibənin başa çatdırılması üçün davam edən diplomatik səyləri də müzakirə ediblər.

"Mən Ukrayna danışıqlar komandasının fəaliyyəti haqqında məlumat verdim. Rusiyaya təzyiqin davam etdirilməsinin vacibliyini xüsusi vurğuladıq. Biz bu müharibəni real şəkildə - Ukrayna və bütün regionumuz üçün etibarlı təhlükəsizlik zəmanətləri ilə bitirməliyik. Və ən əsası, Rusiyaya heç bir güzəşt edilməməlidir", - Zelenski vurğulayıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!