ABŞ-ın xarici işlər naziri Mayk Pompeo son günlər Türkiyə ilə münasibətlərin gərginləşməsinə səbəb olan S-400-lərlə bağlı açıqlama verib.
“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, nazir qanunlara əsasən Türkiyəyə sanksiya tətbiq etməli olduqlarını deyib.
"Qanunlara görə sanksiya tətbiq etməliyik. Əminəm ki, bu qanunlara əməl edəcəyik. Prezident Tramp da qanunlara əməl edəcək”.
Xatırladaq ki, Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri alması ilə razılaşmayan ABŞ bu ölkəyə sanksiya tətbiq edəcəyini açıqlayıb.
Elnarə İlham
Telegram kanalımız