“Port Baku” ərazisində top mərmisi tapıldı - FOTO

saytların hazırlanması

Evə çatdırılma

“Port Baku” ərazisində top mərmisi tapıldı - FOTO

Kriminal

26 May 2025 11:15 324


Bakı şəhəri Nəsimi rayonu "Port Baku" ərazisində aparılan tikinti işləri zamanı hərbi sursat aşkar edilib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. 

Qeyd edilib ki, ANAMA, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin müvafiq əməliyyat heyəti hadisə yerinə cəlb edilərək, əraziyə baxış keçirib. Baxış zamanı təxminən 1930-40-cı illərdə istehsal olunan 1 ədəd 76 mm-lik, F-354 modeli olan yüksək partladıcılı qəlpəli top mərmisi aşkar edilib. pizza hut

Aşkar edilən top mərmisi zərərsizləşdirilməsi üçün müvafiq əraziyə daşınılaraq, partlayış yolu ilə məhv edilib.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə təmizləmə işləri aparılıb, hər hansı təhlükəli əşya aşkar edilməyib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!