Portuqaliyanın “academia apostas” saytı Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda Bakıda keçiriləcək “Qarabağ” – “Sevilya” matçından öncə hər iki klubu analiz edib.
“Yeni Sabah” xəbər verir ki, sayt Ağdam təmsilçisinin qələbə qazanması üçün müdafiədə ehtiyyatlı olmasını qeyd edib:
“Qarabağ” son 10 ev oyununda 7 qələbə qazanıb, 2 heç-heçə edib və 1 məğlubiyyət yaşayıb. Onlar son 9 ev oyununda rəqib qapısına yol tapa biliblər. Son oyunda isə “Neftçi”ni 2:0 hesabla məğlub ediblər. Pepperoni pizza
Qrup mərəhələsinin ilk turunda güclü komanda ilə qarşılaşacaq Ağdam “Qarabağ”ını qarşıda çətin oyun gözləyir. Ev sahiblərinin məqsədi hər kəsi təəccübləndirib, növbəti mərhələyə vəsiqə qazanmaqdır. Məqsədə çatmaq üçün üçün "Qarabağ” qonaqlara təzyiq göstərərək keyfiyyətli futbol nümayiş etdirməli olacaq. Lakin müdafiəni də qoruyaraq. Məşqçi amili də bura da böyük rol oynayacaq”.
Məşhur portal İspaniya klubunu da təhlil edib və son oyunlarda müdafiəsində boşluqlar olduğunu vurğulayıb:
“Son 10 səfər matçında “Sevilya” 7 dəfə qələbə qazanıb, 2 dəfə heç-heçə edib, 1 dəfə isə məğlub olub. Ən pis cəhət bundan ibarətdir ki, “Sevilya”nın bu oyunlarda müdafiəsi yaxşı deyildi. Onlar keçirdikləri son 10 matçın 7-də qapılarında qol görüb. Lakin günahlarını yuyaraq son 10 matçda 1 qolsa vura biliblər.
“Sevilya” qrupda favorit olduğunu bilir. Ancaq buna rəğmən, yaxşı çıxış etməlidirlər. “Sevilya”nı cəsarətli oyun gözləyir.
Məşqçi bu matçda tam güclü heyətini meydana buraxmalıdır, çünki onlar qələbə istəyir”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sevilya” matçı sentyabr 19-da yerli vaxtla 20:55-də başlayacaq.
Telegram kanalımız