Misli Premyer Liqasında 28-ci turunda bu gün daha 2 matç oynanılacaq.
Yenisabah.az xəbər verir ki, əvvəlcə “Sabah” öz meydanında “Kəpəz”i qəbul edəcək.
Hazırda paytaxt təmsilçisi 36 xalla 5-ci, Gəncə klubu 24 xalla 9-cu pillədə qərarlaşıb. Pepperoni pizza
Mövsüm ərzində bu komandaların qarşıdurmasında bərabərlikdir. 3 görüşdən 1-də “Sabah”, 1-də isə “Kəpəz” 3:2 hesablı qələbə qazanıb. 1 görüş isə 2:2 yekunlaşıb.
Günün ikinci qarşılaşmasında 67 xalla lider olan “Qarabağ” 12 xal az toplanış ən yaxın izləyicisi “Zirə”ni qəbul edəcək.
Cari mövsüm tərəflər arasında keçirilən 3 görüşdən 2-də “Qarabağ”, 1-də isə “Zirə” qələbə qazanıb.
Tura sabah yekun vurulacaq.
Telegram kanalımız