Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilib.
Yenisabah.az xəbər verir ki, turun açılış oyununda "Kəpəz" "Dalğa Arena"da "Zirə" ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə əsasən Gəncə şəhər stadionunda tribunaların qəzalı vəziyyətdə olduğu üçün "Kəpəz" ev oyununu Bakıda keçirib. pizza sifarişi
Qeyd edək ki, turun digər oyunları 6-7-8 avqust tarixlərində keçiriləcək.
5 avqust (cümə)
19:30. “Kəpəz” – “Zirə” - 1:2
Qollar: Mixeil Erqemlidze, 45+1, Sertan Taşkın, 90+4 - Mohamed Hamdaui, 32
Qırmızı vərəqə: Dmitrios Çantakias, 83-birbaşa qırmızı vərəqə ("Zirə")
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov
“Dalğa Arena”
Telegram kanalımız